RU

Yannik Sinner Rolan Qarrosdakı finaldakı məğlubiyyəti unuda bilmir

Dünyanın 1 nömrəli raketka ustası Yannik Sinner Rolan Qarros-2025-in finalındakı məğlubiyyətlə bağlı danışıb.

İdman.biz xəbər verir ki, italiyalı tennisçi Karlos Alkarasla oyundakı bəzi anları hələ də xatırladığını deyib.

"Əlbəttə, bu, çox ağır məğlubiyyət idi. Bu haqda fikirləşirəm, bəzi anlar barəsində hələ də düşünürəm. Hər şey bitməyib, bunu bilirəm. Ümid edirəm ki, yenidən oyun ritmini tutacağam. Karlos biz yüksək səviyyədə oyun nümayiş etdirdik. Buna görə çox şadam", deyə Sinner açıqlamasında bildirib.

İtaliyalı idmançı gələn həftə Almaniyada start götürəcək turnirdə iştirak edəcək.

Qeyd edək ki, ötən bazar keçirilən finalda Sinner set sayında 2:1 öndə olarkən qələbəyə çox yaxın olub. 4-cü setdə 5:3 önə keçən italiyalı üstünlüyü əldən verib - 6:4, 7:6 (7:4), 4:6, 6:7 (3:7), 6:7 (2:10).

İdman.biz

Избранный
36
idman.biz

1Источники