RU

"Qalatasaray" "İnter"ə 30 milyon avro təklif etdi

"İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu karyerasını ölkəsində davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Qalatasaray" türk futbolçunu transfer etmək istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

"Sarı-qırmızılar" Hakan üçün "İnter"ə 30 milyon avroluq təklif göndərib. İtaliya klubunun tələbi isə 40 milyon avrodur.

Qeyd edək ki, Hakan Çalhanoğlu 2021-ci ilin yayından "İnter"də çıxış edir. Türkiyə millisinin üzvü olan 31 yaşlı yarımmüdafiəçi ötən mövsüm Milan təmsilçisinin heyətində meydana çıxdığı 47 rəsmi matçda 11 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.

saytlarin hazirlanmasi

Избранный
28
1
sportal.az

2Источники