RU

"Qarabağ" Zubir və Addainin əvəzinə futbolçu tapdı - yeni transfer yoldadı!

Kosta-Rika millisinin futbolçusu Dieqo Kampos karyerasını "Qarabağ"da davam etdirə bilər.

“La Nacion” nəşrinin məlumatına görə, "köhlən atlar" 29 yaşlı futbolçunu heyətinə qatmaq istəyir.

Saytın iddiasına görə, Ağdam təmsilçisi bu oyunçuya görə Kosta-Rikanın yüksək liqa təmsilçisi “LD Alaxuelense” klubuna təklif göndərib. Tərəflər hazırda danışıq aparır.

Maraq üçün qeyd edək ki, adıçəkilən futbolçu sol vinger mövqeyində çıxış edir. "Qarabağ"da bu mövqedə Abdulla Zubir və Emmanuel Addai tər tökür.

Kampos yığmada keçirdiyi üç oyunda 1 qol vurub.

Избранный
28
1
football-plus.az

2Источники