RU

Tramp müəyyən qrup miqrantların saxlanılmasını dayandırdı

ABŞ Prezidenti Donald Trampın Administrasiyası aqrar sektorda, həmçinin mehmanxana və restoran biznesində işləyən qanunsuz miqrantların saxlanılmasının dayandırılması barədə göstəriş verib.

Oxu.Az bu barədə "The New York Times" qəzetinə istinadla xəbər verir.

Məlumata görə, ABŞ İmmiqrasiya və Gömrük Mühafizə Xidmətinin (ICE) regional bölmələrinin rəhbərləri müvafiq göstəriş alıblar.

ICE əməkdaşları insan alveri, çirkli pulların yuyulması və narkotik maddələrin qaçaqmalçılığı ilə bağlı araşdırmaları davam etdirə bilərlər.

Nəşrin yazdığına görə, Tramp Administrasiyasının bu addımı qanunsuz miqrantların deportasiyası üzrə miqyaslı kampaniyanın ABŞ biznesinə və aqrar sənayesinə zərər vurduğuna dəlalət edir.

"Cebheinfo.az"

Избранный
5
1
cebheinfo.az

2Источники