RU

Aparıcıya efirdəcə xərçəng diaqnozu qoyuldu



Televiziya aparıcısı Mike Gerrikə efirdə dəri xərçəngi diaqnozu qoyuldu.

“Medicina” xəbər verir ki,Amerikanın Fox News kanalında yayımlanan “Good Day Philadelphia” səhər şousunun aparıcısı Mayk Qerrik efirdə dəri xərçəngi diaqnozunu eşidib şoka düşüb.

Belə ki, onlardəvət olunmuş dermatoloq Coanna Uokerlə birlikdə dəri xəstəliklərinin əlamətlərini müzakirə ediblər.

Bir anda həkim Cerrikin sağ dirsəyində bir qəhvəyi törəmə gördü. O, bunun xərçəngin ən çox yayılmış və asan müalicə olunan forması olan bazalioma olduğunu söylədi.

Teleaparıcı son dərəcə təəccübləndi və zarafatla bu ləkəni yandırmağın mümkün olub-olmadığını soruşdu. Bununla belə, mütəxəssis bunun cərrahi əməliyyatla çıxarılacağını bildirib.


Aygün Musayeva


Избранный
14
1
medicina.az

2Источники