Bakı. Trend:
Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləriarasında 2025-ci il üçün imzalanmış birgə fəaliyyət planına əsasən,hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbiqulluqçularının iştirakı ilə keçiriləcək "Xəzri-2025" birgə taktikitəlimi üçün Azərbaycan HDQ-nin gəmiləri və şəxsi heyəti Bakıdanyola düşüb.
Bu barədə Trend-ə MüdafiəNazirliyindən məlumat verilib.
Qeyd edək ki, Xəzər dənizinin Qazaxıstan Respublikasına məxsusərazi sektorunda keçiriləcək birgə taktiki təlimin məqsədiAzərbaycan və Qazaxıstan hərbi dənizçilərinin peşəkarlıqlarınındaha da artırılması və qarşılıqlı təcrübə mübadiləsininaparılmasıdır.