RU

Bu ölkələr qurbağa ayağı ixracı ilə rekord qırdı

Dünyada ən çox ayaq ixrac edən ölkə Fransadır (45,265 kq üçün 1,203,707 dollar).Metbuat.az xəbər verir ki, onu ikinci yerdə İtaliya izləyir (24,492 kq – 691,000 dollar). Digər alıcı ölkələr arasında İsveçrə (1,860 kq – 66,403 dollar) və İspaniya (850 kq – 26,898 dollar) yer alıb.Məlumat üçün bildirək ki, qurbağa ayağı bir sıra ölkələrdə, xüsusilə Avropa, Cənub-Şərqi Asiya və bəzi Afrika ölkələrində delikates (nadir və bahalı qida) sayılır. Ən çox Fransa, Belçika, İtaliya, Çin, Tailand və Vyetnamda qurbağa əti geniş istifadə olunur. Qurbağa ayağı yüksək proteinli, aşağı yağlı və zərif ət kimi tanınır. Ətinin dadı toyuqla oxşar hesab olunur. Xüsusilə Fransada gurme mətbəxlərdə təqdim edilir. Protein tərkibinə görə xüsusi diyetlərdə tövsiyə edilir.
Избранный
26
1
metbuat.az

2Источники