RU

Yerli avtomobilləri alan yoxdur: Səbəbləri bəllidir

Avtomobil sənayesi hər bir ölkənin iqtisadi inkişafında mühüm rol oynayan sahələrdəndir. Bu sektor nəqliyyat vasitələrinin istehsalı və satışı ilə yanaşı, məşğulluq səviyyəsinə, daxili bazarın inkişafına və texnoloji yeniliklərin tətbiqinə də təsir göstərir. Azərbaycanda da avtomobil sənayesinin inkişaf etdirilməsi istiqamətində son illərdə müxtəlif addımlar atılıb, yerli istehsalın genişləndirilməsi üçün bir sıra layihələr həyata keçirilib.

Bununla belə, 2025-ci ilin yanvar ayına aid göstəricilər avtomobil istehsalında əvvəlki illə müqayisədə ciddi azalmanın müşahidə olunduğunu göstərir. Rəsmi statistik məlumatlara əsasən, 2025-ci ilin ilk ayında ölkədə cəmi 235 ədəd minik avtomobili istehsal edilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 171 ədəd və ya 42,1 faiz azalma deməkdir. Bundan əlavə, fevral ayının əvvəlinə olan məlumata görə, yerli müəssisələrdə 141 ədəd avtomobil ehtiyatda qalıb. Bəs, görəsən, istehsalın birdən-birə 42 faiz azalmasını şərtləndirən səbəblər hansılardır? Bu sahədə inkişafa necə nail ola bilərik?

“Ehtiyat hissələrini xaricdən alırıq”

İqtisadçı-ekspert Günay Hüseynovanın sözlərinə görə, Azərbaycanda avtomobil istehsalı tələb və təklif amili əsasında formalaşır: “Gəncə, Neftçala, Naxçıvan, Hacıqabulda avtomobil istehsalı müəssisələri fəaliyyət göstərir. Yerli istehsala tələbatın azalmasının ilkin səbəbi onların ehtiyat hissələri, detalları ilə bağlıdır. Çünki xaricdən alınır. Normalda detallar da yerli istehsal olmalıdır. Avtomobil zavodlarımız istehsaldan daha çox yığma qurumudur. Xaricdən gətirilən hissələrin ölkədə yığılması baha olduğu üçün vətəndaş eyni qiymətə xarici istehsala üstünlük verir. Xarici avtomobillər görünüş, keyfiyyət baxımından da vətəndaşa daha cəlbedici gəlir. Tələb və təklif amili əsasında yerli minik avtomobili istehsalının statistik göstəriciləri də dəyişir”.

G.Hüseynova düşünür ki, yerli istehsala tələbi artırmaq üçün müəyyən addımlar atıla bilər: “Vətəndaşda maraq oyatmaq lazımdır. Bunun üçün bir sıra işlər görülməlidir. Məsələn, dövlət qurumlarındakı xidməti avtomobillər yerli istehsalla təmin olunarsa, sıravi vətəndaş da bu maşınlara maraq yaranar”.

“Xarici modellər hər il yenilənir”

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov isə düşünür ki, yerli maşınlar xarici istehsala uduzur: “Statistik rəqəmlərə baxdıqda da görmək mümkündür ki, vətəndaşlarımız yerli minik avtomobillərinə daha az maraq göstərirlər. Bunun da müəyyən səbəbləri mövcuddur. Onlardan biri yerli istehsalın idxal edilən avtomobillərə uduzmasıdır. Yerli minik maşınlarının texniki parametrləri, yanacaq sərfiyyatı, komfortu idxal edilən avtomobillərdən geri qalır”.

A.Əsədovun fikrincə, bu mənzərə əvvəlki dövrlərdə də mövcud olub: “Ümumi götürsək, vətəndaşlar çox zaman xarici istehsal olan avtomobilləri daha üstün tutublar. Həmçinin xaricdə istehsal edilən nəqliyyat vasitələri dizayn olaraq hər il yenilənirlər. Bu, insanların onlara olan marağını daha da artır. Bu amil də istehsalımızın arxa planda qalmasına gətirib çıxarır. Beləliklə, yerli istehsalda ləngimə baş verir”.

“Xərci də çoxdur, qiyməti də...”

Избранный
26
6
publika.az

8Источники