RU

Lənkəranda yeniyetmə dənizdə BOĞULDU

Lənkəranda dəhşətli hadisə yaşanıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərin "Kiçik Bazar" adlanan hissəsində, Sahil küçəsi yaxınlığında yeniyetmə dənizdə çimərkən boğularaq həyatını itirib.

Hadisə barədə məlumat daxil olduqdan sonra Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupu əraziyə cəlb olunub. Axtarışlar nəticəsində onun meyiti sudan çıxarılıb və təcili tibbi yardım maşını ilə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə aparılıb.

Bildirildiyinə görə, həyatını itirən yeniyetmə ailənin ilk övladı olub.

Faktla bağlı araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu.

Избранный
18
bizim.media

1Источники