RU

Bakıda piyadalar özlərini avtobusun qabağına atdı; biri öldü REAL VİDEO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu gün səhər saat 07:45 radələrində paytaxtın Həsən bəy Zərdabi küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə "Xaliq Faiqoğlu" şirkəti məlumat yayıb. Məlumata görə, qəza 18 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun iştirakı ilə qeydə alınıb. İki nəfər piyadanın yolun piyada keçidi olmayan hissəsindən qaçaraq keçmək istəməsi qəza ilə nəticələnib. Onlardan biri saatda təxminən 30-35 km sürətlə hərəkət edən avtobusun qarşısına çıxıb və yıxılaraq yolun hərəkət hissəsində nəqliyyat vasitəsinə çırpılıb.

Ağır xəsarət alan şəxs dərhal xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Qəza anını əks etdirən görüntülər aidiyyəti qurumlara təqdim edilib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Şirkət hadisə nəticəsində həyatını itirən şəxsin ailəsinə başsağlığı verir. Eyni zamanda piyadalara bir daha müraciət edərək yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələrinu və həyatlarına məsuliyyətlə yanaşmalarıni tövsiyə edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
39
avtosfer.az

1Источники