RU

MiniBoss Business School Baku tələbələrinin startaplar üzrə Beşinci Milli Çempionatı keçirilib

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"MiniBoss Business School Baku"nun təşkilatçılığı ilə 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında startaplar üzrə Beşinci Milli Çempionat keçirilib.

Oxu.Az xəbər verir ki, 22 komanda iki istiqamət üzrə - SIFE (Startups in Innovative Free Entrepreneurship) və SAGE (Startups for the Advancement of a Global Environment) kateqoriyalarında innovativlik, mənfəətlilik, mediada işıqlandırma və münsiflər heyətinin sualını cavablama kimi meyarlar üzrə qiymətləndirilib.

Qeyd edək ki, SIFE - sərbəst sahibkarlıq üzrə yaradılan startaplardır, SAGE isə qlobal ətraf mühitin inkişafına yönəlmiş layihələrdir.

Beləliklə müxtəlif sahələrdə təmsil olunan startaplar arasında hər iki kateqoriyada ən yüksək nəticə göstərən üç komanda qalib olub. Bundan başqa, komandalar arasında beş nominasiya üzrə qaliblər də müəyyən edilib. Belə ki, münsiflər heyətinin nümayəndələri "Ən yaxşı çıxış", "Ən kreativ ideya", "Ən innovativ ideya", "Ən yaxşı məshul dizaynı", "Ən uğurlu brend adı" nominasiyaları üzrə də komandaları dəyərləndiriblər.

Çıxışlardan dərhal sonra startaplar üzrə Milli Çempionat çərçivəsində ənənəvi "MiniBoss Bazar" təşkil olunub. Burada tələbələr onların hazırladıqları məhsul və xidmətləri tədbirin qonaqlarına nümayiş edərək satışını həyata keçiriblər.

Xatırladaq ki, apreldə keçirilən forum çərçivəsində 22 komanda müxtəlif sahələr üzrə biznes layihələrini yerli biznes ictimaiyyətinin tanınmış sahibkarlar və investorlara nümayiş etdiriblər, startaplar münsiflər heyəti tərəfindən dəyərləndirilərək müvafiq qrant ayrılıb. İlkin kapital olaraq istifadə olunan bu maliyyə vəsaitləri layihələrin həyata keçirilməsi üçün istifadə olunub. Gənc sahibkarlar tərəfindən cari ildə də biznesyönümlü startaplarla yanaşı, sosialyönümlü layihələr təqdim edilib.

Qeyd edək ki, "MiniBoss Business School" qlobal bazarda yenilikçi iş metodologiyalarından istifadə edən 27 ölkədə 70-dən çox filialda mövcüd olan yeganə məktəbdir. Məktəb özünəməxsus metodikasına əsasən 6-17 yaşarası uşaqların tam sahibkarlıq potensialının üzə çıxarılmasına və güclü liderlik keyfiyyətlərinin aşkar olunmasına geniş imkanlar yaradır. Beynəlxalq Təhsil Şəbəkəsi olan "MiniBoss Business School Baku" hər il olduğu kimi bu il də sahibkarlıq üzrə 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında STARTUP Forum, Milli və Dünya çempionatları təşkil edir.

Xatırladaq ki, bu il Dünya Çempionatı 7-15 iyul tarixlərində Maldiv adalarında keçiriləcək.

Daha çox foto burada: PhotoStock.az

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
32
2
oxu.az

3Источники