BƏƏ-nin Dubay Marina rayonunda (Dubay şəhərinin rayonudur - red.) 67 mərtəbəli yaşayış evində yanğın baş verib.
Bu barədə Oxu.az "The National"a istinadla xəbər verir.
"Təcili yardım briqadaları və tibb işçiləri təhlükəsiz şəkildə təxliyə edilmiş sakinlərə tam tibbi və psixoloji dəstək göstərmək üçün hadisə yerindədirlər", - deyə məlumatda bildirilir.
Yanğının söndürülməsi altı saat çəkib, lakin göydələnin üzərində tüstü qalxmağa davam edir.
764 mənzildən 3 820 sakinin hamısı təhlükəsiz yerə köçürülüb, xəsarət alan yoxdur.