RU

Azərbaycandan İrana dərs və dəstək – Bayramovun açıqlaması Tehranda bayram oldu, amma... - BİZİM ŞƏRH

İran Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun iranlı həmkarı Abbas Araqçı ilə söhbətində ölkəmizin hava məkanından İrana qarşı hərbi məqsədlərlə istifadə edilməsinə qətiyyən yol verilməyəcəyi ilə bağlı bəyanat verdiyini açıqlayıb.

İran tərəfi bu mövqeni yüksək qiymətləndirib və Bayramovun sözlərini “dost və məsuliyyətli qonşuluq nümunəsi” kimi dəyərləndirib.

Azərbaycanın bu bəyanatı rəsmi Tehranda məmnunluqla qarşılanıb. İran mətbuatı və ekspert dairələri Bakının bu mövqeyini İslam həmrəyliyinə və regiondakı sabitliyə töhfə kimi təqdim edir.

Bununla belə, xatırlatmaq yerinə düşər ki, İran bütün kritik məqamlarda Azərbaycanın deyil, Ermənistanın yanında olub. 44 günlük Vətən müharibəsi də daxil olmaqla, uzun illər ərzində İran tərəfi Bakıya qarşı hədə-qorxu dolu bəyanatlar verib, Azərbaycan əleyhinə kəskin və düşməncə ritorikadan istifadə edib. Azərbaycan Respublikasının Tehrandakı səfirliyi terror hücumuna məruz qalsa da, rəsmi Tehran hadisəyə loyal münasibət göstərib. Habelə, İran mediasında Azərbaycan dövlət rəhbərlərinə qarşı təhqiramiz materiallar dəfələrlə yayımlanıb.

Bütün bu hadisələrə baxmayaraq, Azərbaycan dövləti regionda dostluq, qonşuluq və İslam həmrəyliyi prinsiplərinə sadiqliyini qoruyub saxlayır. Rəsmi Bakı heç zaman bu dəyərlərə xəyanət etməyib və ən çətin anlarda belə dövlət məsuliyyəti nümayiş etdirib.

Xarici işlər naziri Ceyhun Bayramovun son açıqlaması da Azərbaycanın bu prinsiplərə sadiqliyinin göstəricisi kimi qiymətləndirilir. Bu mövqe rəsmi Tehranda yüksək dəyərləndirilsə də, Azərbaycan üçün bu, sadəcə qardaşlıq və qonşuluq borcudur.

Musavat.com

Избранный
13
6
musavat.com

7Источники