RU

Linza ilə dəniz və ya hovuza girənlərə XƏBƏRDARLIQ

“Dəniz, qum, günəş, hovuz yayda bizə xoş anları xatırlatsa da, göz sağlamlığı üçün təhlükə ola bilər”.

Ölkə.Az xəbər verir ki, bunu türkiyəli oftalmoloq Prof.Dr.Yusuf Yıldırım yay aylarında göz sağlamlığı üçün risklərə diqqət çəkib.
O deyib ki, yayda ultrabənövşəyi (UV) şüalar və su ilə yoluxan infeksiyalar göz sağlamlığını təhdid edən ən böyük faktorlardan birinə çevrilir.

"Günəş eynəklərindən istifadə ultrabənövşəyi şüaların təsirini azaltmaq üçün çox vacibdir. Lakin burada nəzərə alınmalı olan məqam odur ki, yalnız kosmetik gözləntilər üçün deyil, həqiqətən yüksək keyfiyyətli və təhlükəsizlik sertifikatı olan gün eynəklərinə üstünlük verilməlidir."

Həkim hovuz və dənizdən qaynaqlanan infeksiyalara da diqqət çəkib. O, linza ilə suya girməməyi tövsiyə edib:

“Bu infeksiyalar həm bir gözdən digərinə, həm də ətrafımızdakı insanlara keçə bilər. Bu səbəbdən dənizə və ya hovuza girərkən qoruyucu eynəkdən istifadə etməklə infeksiya riskini azalda bilərik.

Gözünüzdə kontakt linza ilə dənizə və hovuza girmək qətiyyən tövsiyə edilmir. Bu, ciddi göz infeksiyalarına və hətta ciddi görmə itkisinə səbəb ola bilər”.

Oftalmoloqun sözlərinə görə, dəniz və ya hovuzdan sonra gözlərdə qızartı, bulanıq görmə və ya qabıqlanma kimi əlamətlər meydana gəldiyi təqdirdə mütləq bir göz həkiminə müraciət etmək lazımdır.

İnfeksiyalardan qorunmaq üçün gigiyenanın əhəmiyyətinə toxunan Y.Yıldırım, birdəfəlik kağız dəsmallardan istifadənin və əllərlə göz təmasını mümkün qədər azaltmağın infeksiya riskini azaltdığını qeyd edib.

Billurə

Избранный
35
2
olke.az

3Источники