RU

Binə qəsəbəsində narkotacir saxlanıldı - FOTO

Binə qəsəbəsində narkotacir saxlanılıb.

Avtosfer.az xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirdikləri sonuncu əməliyyat zamanı 36 yaşlı Ramin Məmmədov Binə qəsəbəsi ərazisində saxlanılıb.

Onun üzərindən və yaşadığı evdən 1 kiloqrama yaxın psixotrop maddə metamfetamin, marixuana və narkotiklərin satışında istifadə edilən elektron tərəzi aşkarlanıb. 

R.Məmmədov ifadəsində narkotik vasitələri həm şəxsi istifadə, həm də satış məqsədilə əldə etdiyini bildirib. 

Araşdırma aparılır. 

Qeyd edək ki, Şöbə əməkdaşları tərəfindən cari ilin əvvəlindən narkotiklərə qarşı həyata keçirilən əməliyyatlar zamanı ümümilikdə 51 fakt aşkarlanıb.

Избранный
28
10
avtosfer.az

10Источники