RU

"Fənərbağça"nın sabiq məşqçisinin evi İsraildə zərbə altında qaldı

BAKI, 14 iyun. TELEQRAF

Türkiyənin "Fənərbağça" basketbol komandasının keçmiş baş məşqçisi Dimitris İtudisin İsrailin paytaxtı Tel-Əvivdəki mənzili İran ordusunun raket zərbəsinə məruz qalıb.

Teleqraf-ın "One" nəşrinə istinadən məlumatına görə, 55 yaşlı mütəxəssisin mənzili raketin düşdüyü yerin digər tərəfində olduğu üçün heç bir zərərlə üzləşməyib.

İlkin olaraq evin dağıldığı, hazırda “Hapoel Tel-Əviv” klubunda olan məşqçinin isə xəsarət almadığı iddia edilirdi.

İtudis hazırda Yunanıstandadır. Onun işlədiyi klub evin dağılmadığını bildirib.

Qeyd edək ki, münaqişə iyunun 13-nə keçən gecə İsrail ordusunun İranın nüvə proqramı obyektlərinə qarşı genişmiqyaslı əməliyyata başlaması ilə alovlanıb. Buna cavab olaraq İran İsrailə raket zərbəsi endirib.

Dimitris İtudis 2014 - 2022-ci illərdə Rusiyanın MOİK, 2022-2023-cü illərdə isə "Fənərbağça"nın baş məşqçisi olub.

Избранный
12
teleqraf.com

1Источники