RU

Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər rekord həddə çatacaq KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Son geosiyası hadisələr fonunda qızılın qiyməti 48 dollardan çox artıb. Qızılın spot qiyməti isə 1,18% artaraq 3425 dolları ötüb.

Əgər geosiyasi gərginlik davam edərsə, qızılın qiyməti yaxın aylarda hansı səviyyəyə çata bilər?

Mövzu ilə bağlı İqtisadçı-ekspert Asif İbrahimov KONKRET.az-a açıqlamasında bildirib ki, son dövrlərdə dünyada baş verən siyasi, iqtisadi və hərbi kataklizmlər fonunda insanlar sərvətlərini daha etibarlı aktivlərə yönəltməyə başlayıblar:

Asif İbrahimov

“Belə hallarda ən çox üstünlük verilən vasitələrdən biri də qiymətli metallardır ki, onların arasında qızıl xüsusilə fərqlənir.

Siyasi gərginliklərin davam etdiyi, qeyri-müəyyənliyin artdığı zamanlarda qızıl ən təhlükəsiz sığınacaq kimi qiymətləndirilir. Bu meyil Ukrayna müharibəsindən sonra daha da güclənib və həmin vaxtdan etibarən qızılın qiymətində ardıcıl artım müşahidə olunub.

Hazırda da dünya üzrə baş verən geosiyasi proseslər, xüsusən Yaxın Şərq və Avropa bölgəsindəki gərginliklər fonunda qiymətli metallara, xüsusilə də qızıla olan tələbat artır”.

Ekspert sentyabr və oktyabr aylarına qədər qiymətlərdə ciddi dəyişikliklərin baş verəcəyini istisna etmir. Onun fikrincə, bu müddət ərzində qızılın qiyməti artmaqda davam edəcək:

“Beləliklə, dünya bazarlarında geosiyasi risklərin artması qiymətli metallara marağı daha da gücləndirib və yaxın aylarda bu tendensiyanın davam edəcəyi proqnozlaşdırılır”.

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
18
1
konkret.az

2Источники