“Zirə” Hacıağa Hacılıyla müqavilə müddətini uzadıb.


Rekord.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.


Futbolçuyla 2 illik yeni müqavilə bağlanılıb.


Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi 2020-ci ildən “Zirə”nin formasını geyinir.


“Zirə” daha öncə Ruan Renato, İsmayıl İbrahimli və Anar Nəzirovla da yeni müqavilə imzalandığını açıqlamışdı.