RU

İran hava məkanını bağladı, futbol matçlarını ləğv etdi – İsraillə müharibənin təsirləri dərinləşir

İsraillə qarşılıqlı raket zərbələri səbəbilə İran hökuməti ölkə üzərindən keçən hava məkanını müvəqqəti bağlayıb və bütün uçuşları dayandırıb.

Musavat.com xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Məlumata görə, İran Mülki Aviasiya Təşkilatı təhlükəsizlik səbəbi ilə bütün uçuşların təxirə salındığını elan edib:

“Ölkə üzrə hava limanlarında sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün bütün uçuşlar ikinci xəbərdarlığa qədər dayandırılır”.

Bundan əlavə, İranda futbol matçları da qeyri-müəyyən müddətə təxirə salınıb.

Bu barədə İran Futbol Assosiasiyasının prezidenti Mehdi Taəc açıqlama verib:

 “Biz bütün oyunların ləğv olunması barədə göstəriş verdik”.

Mehdi Taəc paytaxt Tehranda baş verən terror aktları nəticəsində çoxsaylı mülki vətəndaşın həyatını itirməsinə görə dərin təəssüfünü ifadə edib.

“İranda futbol heç vaxt ölkədəki ictimai-siyasi hadisələrdən ayrı olmayıb. Müharibə başlayandan bəri futbol assosiasiyası xalqın birliyinə çağırış edib və üzərinə düşən vəzifəni yerinə yetirib”, - deyə o bildirib.

Musavat.com

Избранный
24
48
musavat.com

10Источники