RU

Bakı şəhəri 56 nömrəli tam orta məktəbdə bu il 108 nəfər məzun olub

Bakı, 14 iyun, AZƏRTAC

İyunun 14-də Bakı şəhəri 56 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Məktəbin direktoru Könül Hüseynova məzunlara gələcək həyatlarında uğurlar diləyib. K.Hüseynova rəhbərlik etdiyi təhsil ocağında ümumilikdə 1200 şagirdin təhsil aldığını, onlardan 108 nəfərin bu il məzun olduğunu diqqətə çatdırıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova məzunlara gələcək təhsil həyatında nailiyyətlər arzulayıb, şagirdlərin Vətənə, xalqa, dövlətə layiqli gənclər, şəxsiyyətlər kimi yetişəcəyinə əminliyini ifadə edib.

Nərminə Hüseynova ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən işlərin gələcəyimiz olan gənclərə daha yaxşı təhsil imkanı yaratmağa xidmət etdiyini, təhsilin əlçatanlığını təmin etmək və savadlı nəsil yetişdirmək olduğunu vurğulayıb. BŞTİ müdiri ötən tədris ilində paytaxtın təhsil həyatında yaddaqalan məqamlardan, həyata keçirilən uğurlu layihələrdən və yeniliklərdən danışıb.

Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi Abuzər Kərimli, Bakı Nobel İrsi Fondunun direktoru Fuad Qasımov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Bakı şəhəri Xətai Rayon Komitəsinin sədri Sehran Səfərov, Milli Qəhrəman Elşad Yəhyayevin qardaşı Rahim Yəhyayev, şəhid anası Bahar Abbasova məzunlara Azərbaycanın inkişafı naminə layiqli vətəndaş, peşəkar mütəxəssis kimi yetişməyi tövsiyə ediblər.

Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər Fəxri fərmanlarla təltif olunublar.

Tədbir məzunların hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib.

Избранный
18
1
azertag.az

2Источники