RU

Usman Dembele PSJ-də yüksək məhsuldarlığını şərh etdi

PSJ-nin 28 yaşlı fransalı sağ cinah hücumçusu Usman Dembele cari mövsümdə Paris klubunda məhsuldarlığının yüksək artımını şərh edib.

Arena.az “France Football” dərgisinə istinadən, fransalı futbolçunun müvafiq açıqlamasını təqdim edir:

“Doqquzluq” və sağ cinah hücumçusu – bu, eyni şey deyil. Qapı qarşısında yeni mövqedə olanda, cərimə meydançası xəttində azacıq təravətlisən. Bundan başqa, mən topa toxunan kimi, ötürmə verməmişdən və ya qapıya zərbə vurmamışdan əvvəl, mənə, bir və ya iki oyunçunu aldadıb keçmək gərəkdir. Ancaq hücumun sağ cinahında çıxış edərkən, sənin, hücumda hücumçun da var, eləcə də sol müdafiəçi, yarımmüdafiəçi, mərkəz müdafiəçisi… sən qapılar qarşısında peyda olub onlara ötürmə verməli olursan”, deyə Dembele bildirib.

Əlavə edək ki, Dembele qalibi olduğu 2024/2025-ci illər Çempionlar Liqası mövsümünün ən yaxşı oyunçusu seçilib, həmçinin cari mövsüm üçün “Qızıl top”u qazanmağa əsas namizəd hesab edilir.
Usman Dembele PSJ-yə 2023-cü ilin avqust ayında 50 milyon avro məbləğ müqabilində “Barselona”dan keçib. Fransalı cinah hücumçusunun Paris klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2024/2025-ci illər mövsümündə Dembele PSJ-nin heyətində bütün yarışlarda 49 oyuna çıxıb, 33 qol vurub, 15 məhsuldar ötürmə verib.

Usman Dembelenin Fransa nəhəngi üçün xidməti ümumilikdə 91 oyun, 39 qol və 30 məhsuldar ötürmədən ibarətdir.

Əlavə edək ki, Dembele Fransa Liqa 1-in cari mövsümün 21 qolla ən sərrast qolçusudur. Fransalı hücumçunun hesabında həmçinin 6 məhsuldar ötürmə var.

Dembele PSJ-dən öncə “Barselona”, “Borussiya” (Dortmund) və “Renn”in uğurları üçün çalışıb.

Usman Dembele 2016-cı ilin sentyabr ayında debüt etdiyi Fransa yığmasının heyətində 56 oyun keçirib, 7 qol vurub, 4 məhsuldar ötürmə verib. Usman “xoruzlar”la Rusiyada keçirilmiş DÇ-2018-in qalibi olub.

“Transfermarkt” internet-portalı 28 yaşlı fransalı sağ cinah hücumçusunun transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Избранный
67
1
arena.az

2Источники