RU

Daha bir partiya sədri postundan getdi Nə dəyişəcək?

ain.az, Qaynarinfo saytına istinadən bildirir.

Ədalət Partiyasından sonra bu il daha bir partiyanın sədri dəyişib. Vəhdət Partiyasının sədri Tahir Kərimli də bu gün postunu tərk edib. Partiya sədri eyni vəzifədən yolulduğunu, artıq dincəlmək istədiyini deyərək yerini müavinlərindən birinə, elmlər doktoru, yazıçı Adəm İsmayıl Bakuviyə təhvil verib. 

Partiya sədrlərinin yenilənməsi Azərbaycan siyasi mühitinə nə gətirəcək?

Siyasi şərhçi Qulamhüseyn Əlibəyli Qaynarinfo-ya açıqlamasında bildirib ki, iki-üç partiyanın sədrinin dəyişilməsi hələ siyasi mühitin yenilənməsi demək deyil:

"Yeni sədrlərin gəlişi ancaq həmin partiyalara müəyyən yeniliklər gətirə bilər. Bütövlükdə partiya sədrlərinin dəyişilməsi Azərbaycanda siyasi mühitə əhəmiyyətli təsir göstərməyəcək. Xüsusən də adları çəkilən Vəhdət və Ədalət partiyalarının sədrlərinin dəyişilməsi ilə siyasi mühitin ciddi şəkildə dəyişiləcəyini gözləmirəm".

Siyasi şərhçi hesab edir ki, Azərbaycan miqyasında siyasi mühitin canlanması bir partiya sədrindən asılı deyil:

"Tahir Kərimli köhnə siyasətçidir, hüquqşünasdır, bir müddət Ali Məhkəmənin sədri, uzun müddət hakim olub, Azərbaycan siyasətində köhnə simalardan biridir. İndi partiyanın sədri vəzifəsindən getmək qərarına gəlib. Bu onun şəxsi işidir. Hesab edir ki, partiyanı canlandırmaq üçün yeni adamların partiyaya gəlməsinə ehtiyac var. Yeni sədr bütövlükdə partiyaya təsiredə və eyni zamanda partiyanın tərkibində canlanma yarada bilər. Amma Azərbaycanın siyasi həyatına əhəmiyyətli təsir göstərməyəcək.

Partiyaların siyası həyatda rolunun gücləndirilməsi, xüsusən də partiyaların fəaliyyəti ilə bağlı hüquqi çərçivələrin genişlənməsi ilə əlaqədar ola bilər. İndiki çərçivələr partiyaları müəyyən qədər məhdudlaşdırır. Ona görə də düşünürəm ki, hüquqi çərçivələri bir qədər sərbəstləşdirmək lazımdır. Təbii ki, partiya hakimiyyət subyekti olduğu üçün onun fəaliyyətinə ciddi nəzarət olunmalıdır. Mən bunu təbii qəbul edirəm. Partiyalara maliyyə yardımları məsələsini qoymaq lazımdır ki, bütövlükdə partiya sistemi inkişaf eləsin. Partiyaların səndələrinin, bəyanatlarının dövlət informasiya vasitələrində rəsmi cap olunması məqsədəuyğun bir variant kimi nəzərdən keçirilməlidir. Partiyaların iştirakı ilə tez-tez dövlətin, cəmiyyətin həyatında mühüm əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi aparılmalı və bu, daimi xarakter daşımalıdır"

Bahar Rüstəmli

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
30
qaynarinfo.az

1Источники