RU

Nəsimi rayonunda əməliyyat: ekstazi həblərini toz formasında satan şəxslər saxlanıldı

Bakı.Trend:

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisindəkeçirdikləri növbəti tədbir zamanı əvvəllər məhkum olunan şəxslər -38 yaşlı Murtaza Həsənov, 45 yaşlı Baba Cəfərov və 44 yaşlıQəzənfər İbrahimov saxlanılıblar. Onlardan 6 kiloqrama yaxınheroin, marixuana, psixotrop maddə metamfetamin, o cümlədənQəzənfər İbrahimovdan əlavə olaraq 266 ədəd psixotrop tərkiblipreqabalin, 37 ədəd və 200 qrama yaxın toz formasında olan ekstaziaşkarlanaraq dövriyyədən çıxarılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumatverilib.

Bildirilir ki, onlar şəxsiyyətləri istintaqla araşdırılan İranvətəndaşları tərəfindən narkokuryerliyə cəlb olunduqlarını vənarkotik vasitələri maddi qazanc müqabilində ayrı-ayrı ünvanlaraçatdırmağı planlaşdırdıqlarını bildiriblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalaraparılır.

M.Həsənov, B.Cəfərov və Q.İbrahimovun daxil olduqlarınarkoşəbəkənin digər üzvlərinin də müəyyənləşdirilərək məsuliyyətəcəlb olunmaları istiqamətində əməliyyatlar davam etdirilir.

Qeyd edək ki, cari ilin əvvəlindən Nəsimi rayonunda keçiriləntədbirlər zamanı 47 kiloqram narkotik vasitə qanunsuz dövriyyədənçıxarılıb.

Избранный
60
27
az.trend.az

10Источники