RU

Qonaqlığa pulları çatmadı, araq və kolbasa oğurladılar

Lent az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiyanın Tver vilayətində qəribə oğurluq hadisəsi olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Vışnıy Voloçokda baş verib.

Supermarketin təhlükəsizlik işçiləri hüquq-mühafizə orqanlarına şikayət edərək, oğurluq hadisəsi barədə məlumat veriblər. Axşam saatlarında iki cinayətkar satış sahəsinə daxil olub, kişilər vitrindən bir şüşə araq və bir az kolbasa götürərək yoxa çıxıblar.

Oğurluqda şübhəli bilinən şəxslərin 19 və 21 yaşlı dostlar olduğu qısa müddətdə müəyyən edilib. Polis bölməsində gənclər birlikdə içki içmək istədiklərini, lakin pullarının olmadığını etiraf ediblər.

Faktla bağlı quldurluq maddəsi ilə cinayət işi açılıb və təqsirləndirilən şəxsləri 7 ilədək həbs cəzası gözləyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
27
lent.az

1Источники