Xəbər verdiyimiz kimi, bu gün ümumi təhsil məktəblərində “Son zəng” çalınır.
“Qafqazinfo”nun məlumatına görə, bu münasibətlə Xankəndidə maraqlı addım atılıb.
Belə ki, Xankəndidə keçirilən “Son zəng” tədbirinə 1988-ci ildə işğal səbəbilə Xankəndidə məzun ola bilməyənlər də qatılıb.
Onlar da bu il məzun olan şagirdlərlə eyni tədbirdə eyni həyəcanla iştirak ediblər.