İsrail ordusu İran üzərində qırıcı təyyarəsinin vurulması və pilotun əsir götürülməsi barədə yayılan məlumatları təkzib edib.
“İsrail ordusu İran ərazisində qırıcı təyyarənin vurulması, həmçinin pilotun əsir götürülməsi barədə məlumatı təkzib edir”, – deyə ordunun mətbuat xidmətindən bildirilib.
Xatırladaq ki, daha əvvəl İranın Fars agentliyi ölkənin hava hücumundan müdafiə qüvvələrinin İsrailə məxsus iki F-35 qırıcı təyyarəsini və bir neçə pilotsuz uçuş aparatını vurduğunu, bir pilotu əsir götürdüyünü yazmışdı. İsrail rəsmiləri bu iddiaları təsdiqləməyib.