RU

"Barselona" gənc istedadı bu qiymətə alır - Tərəflər razılaşdılar

Zaqreb "Dinamo"sunun 16 yaşlı sol cinah hücumçusu Kardoso Varela karyerasını İspaniya nəhəngində davam etdirməyə yaxındır.

Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, onun xidmətində "Barselona" maraqlıdır.

"Blauqrana" Anqolada doğulmuş gənc vingerin transferi ilə bağlı Xorvatiya klubu ilə razılığa gəlib və bu keçid üçün qarşı tərəfə 5 milyon avro ödəyəcək. Lakin danışıqlar zamanı müxtəlif bonuslar nəzərdə tutulduğundan "Dinamo" ümumilikdə 20 milyon avro qazana bilər. "Barselona" Varelanın transfer hüquqlarına yiyələnəndən sonra o, icarə əsasında paytaxt təmsilçisində oynamağa davam edəcək və 2026-cı ilin yayında La Liqa komandasına qoşulacaq.

Избранный
31
1
fanat.az

2Источники