RU

Qurtuluş zəfərindən böyük Qayıdışa -VAQIF ABDULLAYEV YAZIR



Azərbaycan xalqı son 200 illik tarixinin ən şərəfli dövrünü yaşayır, XIX əsrin əvvəllərindən itirilmiş tarixi torpaqlarını və öz ərazi bütövlüyünü bərpa edən müstəqil Azərbaycan Respublikası Heydər Əliyevin Qurtuluş salnaməsi ilə intibahının ən parlaq dövrünə qədəm qoyub.

32 il əvvəl Xilaskarımız Heydər Əliyevin sayəsində Azərbaycan fəlakətlərdən qurtularaq dönməz Yola qədəm qoydu. Hər şey bu müqəddəs Günlə, möhtəşəm Yolla başlandı.
15 İyun Milli Qurtuluş bayramı ilə dövlətçiliyimizi qoruyub saxlandı.

Qurtuluş Günü Azərbaycanın xilasının Xilas simvoluna çevrildi. Zəfərə gedən Yolun parlaq rəmzini özündə daşıdı.

Qurtuluş Zəfərimizin məntiqi sonu 44 günlük Vətən savaşında qazanılmış parlaq Qələbə oldu. Qurtuluş hərəkatı bizi Qarabağ Zəfərinə gətirib çıxardı.

Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev Ata vəsiyyətini yetirərək işğalçı Ermənistanın tapdağında olan Qarabağımızı azad etdi. Onun Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən söylədiyi bu fikirlər yaddan çıxmır: “Mən bu gün Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik!”.

Azərbaycan bu gün öz ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını təmin etmiş güclü dövlətə çevrilib.

Azərbaycan Xalqı Qarabağın hər qarış torpağında, Şuşada Qurtuluş bayramını qeyd edir, Heydər Əliyevin vaxtilə qurub yaratdığı Qarabağ yenidən qurulur.

Bu gün Ulu öndərin ruhu şaddır, Onun ən böyük arzusu olan Qarabağ özümüzdədir, Şuşada üçrəngli ay-ulduzlu Azərbaycan bayrağı dalğalanır.

Xalqımızı bu Xoş günlər, Qurtuluş Bayramı münasibətilə təbrik edirəm!

Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Избранный
19
newscenter.az

1Источники