RU

Palıdlı məktəbində TARİXİ AN – İlk birincilər ilk MƏZUN oldu – FOTO

"Çox sevincli və qürurluyam, əlbətti ki, həm də kövrəlirəm. 11 il oxuduğum Palıdlı kənd məktəbindən, sinif yoldaşlarımdan ayrılıram. Müstəqil həyata atılıram. Çalışacağam ki, məktəbimizin adını həmişə uca tutum. Arzularım çoxdur".

Bu sözləri Bizim.Media-nın terli bürosuna açıqlamasında Xaçmaz rayonunun Palıdlı kənd tam orta ümumtəhsil məktəbinin bu ilki məzunu Fatma Həsənova deyib. O məzun kimi üzərində əməyi olan müəllimlərə minnətdarlığını bildirib.

Palıdlı kənd məktəbi məzunlarının ibtidai sinif müəllimi olmuş Yelena İbrahimova da 11-cilər kimi kövrək görünürdü. Bizim.Media-ya müsahibəsində Yelena İbrahimova məktəbin ilk məzunları olan keçmiş birincilərinə müstəqil həyat yolunda uğurlar arzulayıb.

Son zəng tədbiri Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlayıb. Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbin direktoru Səhman Əliyev məzunlara uğurlar və xoş gələcək arzulayıb. Sonra şagirdlərin ifasında seirlər, mahnılar səslənib. Onbirincilərin kövrək dolu rəqs nümayişləri məzunların şənliyinə xoş ovqat qatıb.
 

Birincilərin məzunlara gül hədiyyəsindən sonra 11-cilər də onlara hədiyyə təqdim edib.Vəgözlənilən son,zəng çalınandan sonra tədbir başa çatıb.


Qeyd edək ki, Palıdlı kənd tam orta ümumtəhsil məktəbi sovet dövründə burada fəaliyyət göstərmiş keçmiş Xraxoba kəndinin ərazisində inşa olunub. Heydər Əliyev Fondunun dəstəyi ilə bu məktəbin ilk birinciləri 2014-cü ilin 15 sentyabrında olub. Hazırda bu təhsil ocağında Palıdlı ilə yanaşı, qonşu Hacı Abdrahmanoba, Sibiroba, Kiçik Baraxum və Nağıoba kəndlərindən gələn 178 şagird təhsil alır.





Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Избранный
40
bizim.media

1Источники