İranın İsrailə gecə saatlarında endirdiyi raket zərbələri zamanı raketlərin hissələri İordaniya və Suriya ərazisinə düşüb.
Bu barədə Oxu.Az İordaniya KİV-lərinə istinadla xəbər verir.
Bildirilir ki, ballistik raketlərin parçaları İordaniyanın paytaxtı Əmmanın ətrafına, Safut bölgəsinə, habelə Suriya ərazisinə düşüb.
Raketlərin hissələrinin düşməsi nəticəsində dəymiş zərər barədə məlumat verilmir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта