RU

Sosial sahədə maaş bərabərsizliyi dərinləşir - DÖVLƏT VƏ ÖZƏL ARASINDA 760 MANAT FƏRQ

Bu ilin yanvar-mart aylarında sosial xidmətlərin göstərilməsi sahəsində orta aylıq nominal əmək haqqı 1194,4 manat təşkil edib.

FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

İllik müqayisədə bu göstərici 217,2 manat (22,2%) artıb. Ötən ilin müvafiq dövründə bu sahədə orta aylıq əmək haqqı 977,2 manat olmuşdu.

Məlumatlara əsasən, hesabat dövründə dövlət sektorunda orta aylıq maaş 1 420,3 manat təşkil edib. Bu, illik müqayisədə 293,7 manat (26,1%) artım deməkdir. 2024-cü ilin müvafiq dövründə bu göstərici 1126,6 manat idi.

Qeyri-dövlət sektorunda isə orta aylıq maaş 657,1 manat olub. İllik müqayisədə 114,1 manat (21,0%) artım qeydə alınıb. Ötən ilin eyni dövründə bu rəqəm 543,0 manat təşkil etmişdi.

Избранный
20
2
fed.az

3Источники