14 illik ''Qalatasaray'' macərasına son qoyan və Türkiyədən ayrılmaq qərarına gələn Fernando Musleranın yeni klubu bəlli olub.
"Football-plus.az" xəbər verir ki, o, Argentinanın köklü klublarından olan ''Estudiantes'' ilə anlaşıb. Bu xəbəri argentinalı jurnalist Sezar Luis Merlo paylaşıb. Onun iddiasına görə təcrübəli uruqvaylı qapıçı yeni klubu ilə ilyarımlıq müqavilə imzalayacaq.
Bu xəbəri sürpriz adlandırmaq olar. Çünki Musleranın ilk növbədə vətəninə qayıdacağı güman edilirdi. O, açıqlamalarında vətəni və ailə üzvləri üçün darıxdığını, onlara yaxın olmaq istədiyinə işarə vururdu. Bu üzdən Musleranın Uruqvayın nəhəng klublarından olan ''Penyarol''a keçəcəyi güman edilirdi. Bu klub özü də ona ciddi maraq göstərirdi. Amma görünür, ''Estudiantes'' 39 yaşlı əlcək sahibinə daha yaxşı şərtlər təklif edib.
Xatırladaq ki, Muslera 14 il ərzində bir çox göstəricilərə nail olaraq adını həm ''Qalatasaray'', həm də Türkiyə futbolu tarixinə yazdırdı. O, 8 çempionluq, 6 kubok, 5 superkubok olmaqla 19 titul qazanıb və Türkiyə futbolunun ən titullu futbolçusu statusundadı.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта