
İsrailin endirdiyi zərbələr nəticəsində İranın Baş Qərargah rəisinin iki müavini öldürülüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İran hərbi idarəsi məlumat yayıb.
Məlumata görə, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin kəşfiyyat üzrə müavini general Qulam Rza Mehrabi və Baş Qərargah rəisinin operativ işlər üzrə müavini general Mehdi Rabani İsrailin endirdiyi zərbələr nəticəsində öldürülüb.
Qeyd edək ki, bundan əvvəl İran rəsmiləri İsrailin hücumu nəticəsində Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqirinin, “Xatəmül-Ənbiya” Silahlı Qüvvələrinin Mərkəzi Qərargahının (Hava Hücumundan Müdafiə Qüvvələrinin Baş Qərargahı) komandanı, general-leytenant Qulam Əli Rəşidin, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbəri Hüseyn Salaminin və İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı general Əmir Əli Hacızadənin həlak olduğunu bildirmişdilər.