GƏNCƏ, 14 iyun. TELEQRAF
2024-2025-ci tədris ilində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin (GDRTİ)tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 8 413, XI siniflərini 6 284 nəfər bitirir.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, məzunlar 255 orta məktəbi əhatə edir.
Məlumat üçün qeyd edək ki, GDRTİ - Gəncə, Göygöl, Daşkəsən, Samux, Goranboy və Naftalan şəhər və rayonlarını əhatə edir.