RU

Milli üzvləri 400 min manatdan oldu

Azərbaycan millisi yoxlama görüşündə Macarıstana məğlub olaraq (1:2) böyük məbləğdə pul mükafatından məhrum olub. Belə ki, AFFA rəhbərliyi hazırlıq matçı olsa da, futbolçulara motivasiya üçün “premya” vəd edib.

Milli komandamız görüşdə qalib gəlsəydi, hər futbolçuya 15 min manat pul mükafatı veriləcəkdi. Federasiya rəhbərliyi ümümilikdə komandaya 400 min manat ayırmışdı.

Ancaq yığma komandamız macarlara məğlub olaraq, bu “premya”dan məhrum olublar.

Xatırladaq ki, Azərbaycan millisi Latviyaya qarşı keçirilən yoxlama oyununda da qalib gələ bilməmişdi (0:0).

Fernandu Santuşun rəhbərlik etdiyi yığma son 10 matçda 8 məğlubiyət, iki heç-heçə alıb.

Həsən Quluzadə / İdmanxeber.az 

Избранный
16
1
idmanxeber.az

2Источники