Azərbaycan millisinin Macarıstanla keçirdiyi yoldaşlıq görüşü 3 futbolçumuz üçün əlamətdar olub.
Sportinfo.az xəbər verir ki, yığmanın 2 oyunçusu bu qarşılaşmada yubileylə yadda qalıb.
Start heyətində meydana çıxan Mahir Emreli millinin heyətində oyun sayını 55-ə, Anatoli Nuriyev isə 15-ə çatdırıb.
Bu müddətdə Emreli 6, Nuriyev 1 qola imza atıb. Mahir yığmada 55 oyun həddinə çatan 17-ci futbolçudur.
Qarşılaşmanın 85-ci dəqiqəsində meydana çıxan Rauf Rüstəmli isə millidə debüt edib. O, komandamızın heyətində meydana çıxan 276-cı futbolçu olub.