RU

İran və İsrail qarşılıqlı zərbə endirməyə davam edirlər - Çoxsaylı yaralı var

İran

İranın İsrailin mərkəzinə endirdiyi sonuncu raket zərbəsi nəticəsində bir neçə nəfər yaralanıb, evlərə ciddi zərər dəyib.

Reyting.az
xəbər verir ki, İsrailin Milli Xilasetmə Təşkilatının əməkdaşları yüngül və orta dərəcəli yaraları olan on nəfərə yardım göstərdiklərini açıqlayıblar.

Bildirilir ki, İranın ötən gecə İsrailə hücumları nəticəsində yaralananların ümumi sayı 80 nəfərə çatıb.

Bu arada İsrail yenidən İranı hədəfə çevirib. Məlumata görə, İrana məxsus nüvə obyektinin yerləşdiyi İsfahan şəhərində güclü partlayış baş verib.

İranın Hava Hücumundan Müdafiə (HHM) Qüvvələrinin İsrailin hava zərbələrini dəf etməyə çalışdıqları bildirilir.

Onu da qeyd edək ki, İsfahanda İranın keçmiş prezidenti İbrahim Rəisinin adını daşıyan uran emalı mərkəzi yerləşir.

ELÇİN
Избранный
7
reyting.az

1Источники