RU

Çexiya NATO sammitində müdafiə xərclərinin ÜDM-in 5 %-dək artırılmasını dəstəkləyəcək

Bakı. Trend:

Çexiya qarşıdan gələn NATO sammitində müdafiə xərclərinin ümumidaxili məhsulun (ÜDM) 5 faizinə qədər artırılması təşəbbüsünüdəstəkləyəcək.

Trend xəbər verirki, bu barədə Çexiya hökumətinin rəsmi sənədində qeyd olunub.

Təklifin iki həftədən az müddətdə Haaqada keçiriləcək sammitdəmüzakirə ediləcəyi gözlənilir. Sənədə əsasən, NATO-ya üzvdövlətlərin birbaşa müdafiə xərcləri ÜDM-in hazırkı 2 faizindən 3,5faizinə qədər artırılmalıdır. Qalan vəsait isə kibertəhlükəsizlik,nəqliyyat və enerji infrastrukturu, habelə yerli müdafiə sənayesinədəstək üçün ayrılmalıdır.

Yeni öhdəliyin 2032-ci ilə qədər bütün üzv ölkələr tərəfindənyerinə yetirilməsi nəzərdə tutulur. Hökumət sənədində Çexiyanümayəndə heyətinin sammit zamanı rəhbər tutacağı ümumilikdə on ikiprinsip əksini tapıb.

Sənəddə vurğulanır ki, Çexiya yalnız xərclərin artırılmasınadeyil, eyni zamanda atəşkəs və ya sülh sazişindən asılı olmayaraqUkraynaya uzunmüddətli dəstəyə də sadiq qalacaq.

Избранный
8
az.trend.az

1Источники