RU

Dakota Conson: Hollivudda xaos hökm sürür

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Bozun 50 çaları" filminin ulduzu, aktrisa Dakota Consonun sözlərinə görə, Hollivud studiyaları eyni filmi yenidən çəkmək istəyinə görə kino sənayesini xaosa çeviriblər.

Oxu.Az xəbər verir ki, bu fikirləri o, "Hot Ones" verilişində bildirib.

"Yaradıcı qərarları sənətçilər deyil, komitələr qəbul edirlər. Çox vaxt onlara filmə baxmayan və bu haqda heç nə bilməyən insanlar səs verir", - Conson qeyd edib.

O, kino sənayesindəki paradoksa diqqət çəkib:

"Bir film hitə çevrildikdə, studiyalar uğuru təkrarlamaq və remeyklər etmək istəyir. Amma tamaşaçılar təzə mövzu istəyirlər insanlar, yeni nəyəsə acdırlar: Emosiyalar, ideyalar, obrazlar. Bütün bunlar xaos yaradır", - aktrisa vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
17
oxu.az

1Источники