“Report” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Rusiya lideri İsrail zərbələri nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar İran rəhbərliyinə və xalqına başsağlığı verib. O həmçinin vurğulayıb ki, Rusiya İsrailin BMT Nizamnaməsini və beynəlxalq hüququ pozaraq həyata keçirdiyi əməlləri pisləyir.
“Rusiya tərəfi İran nüvə proqramı ətrafında vəziyyətin sülh yolu ilə tənzimlənməsi üçün səyləri hərtərəfli dəstəkləyib, qarşılıqlı məqbul razılaşmaların tapılmasına yönəlmiş konkret təşəbbüslər irəli sürüb. Rusiya bundan sonra da İran və İsrail arasında münaqişənin deeskalasiyasına kömək edəcək”, – mətbuat xidmətinin məlumatında deyilir.
Netanyahu ilə söhbətində Putin danışıqlar prosesinə qayıtmağın və İran nüvə proqramı ilə bağlı bütün məsələlərin yalnız siyasi-diplomatik vasitələrlə həll edilməsinin vacibliyini vurğulayıb, həmçinin gərginliyin daha da artmasını qabaqlamaq üçün vasitəçilik xidmətləri göstərməyə hazır olduğunu diqqətə çatdırıb.
10Источники
-
hurriyyet.azPutin Pezeşkian və Netanyahu ilə telefon danışıqları APARDI ( 18223846)
-
far.azPutin İran Prezidenti və İsrail Baş naziri ilə telefon danışıqları aparıb ( 18222394)
-
reyting.azPutin Pezeşkian və Netanyahu ilə telefon danışıqları aparıb ( 18222160)
-
cebheinfo.azPutin İran Prezidenti və İsrail Baş naziri ilə telefon danışıqları aparıb ( 18222034)
-
korrespondent.azPutin İran Prezidenti və İsrail Baş naziri ilə telefon danışıqları aparıb ( 18220516)
-
yenisabah.azPutin İran Prezidenti və İsrail Baş naziri ilə danışdı ( 18220360)
-
manset.azPutin Pezeşkian və Netanyahu ilə danışıqlar apardı ( 18220195)
-
missiya.azPutin İran Prezidenti və İsrail Baş naziri ilə telefon danışıqları aparıb ( 18219910)
-
demokrat.azPutin İran Prezidenti və İsrail Baş naziri ilə danışdı ( 18219874)
-
metbuat.azPutin Pezeşkian və Netanyahu ilə danışdı ( 18220123)