RU

Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Bakıda bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Bu barədə NOCOMMENT.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən məlumat yayıb.
Məlumata görə, iyunun 14–16-da paytaxtın bəzi küçə və prospektlərdə yol təmir işləri aparılacaq.
Bildirilib ki, təmir işləri aparılacaq ünvanlar – Səbail rayonu – Badamdar şosesi, Binəqədi rayonu – Mehdiabad–Binəqədi–Balaxanı yolunun kəsişməsi, Nərimanov rayonu – Ziya Bünyadov prospekti, Ə.Salamzadə küçəsindən Azadlıq prospekti istiqamətinə, Çingizxan mərasim evinin yanı, yan yol, Xətai rayonu – Babək prospekti, 92 nömrəli ünvanda, yan yol və maşın bazarının yaxınlığı, Yasamal rayonu – Ə.Haqverdiyev küçəsi, H.Cavid prospektindən Ş.Mehdiyev küçəsinədək, Nizami rayonu – R.Rüstəmov və E.Süleymanov küçələrinin kəsişməsidir.
Təmir işləri ilə əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Избранный
37
21
nocomment.az

10Источники