30 ildir fəaliyyət göstərən məktəb bağlanır, müəllimlər narahatdır...
Xezerxeber.az xəbər verir ki, söhbət Sumqayıt şəhər evdə fərdi təhsil məktəbindən gedir. Müəllimlər deyirlər ki, məktəbin sağlamlıq imkanları məhdud 350-dən çox şagirdi, 80 nəfərdən ibarət müəllim heyəti var. Onlar verilən qərarı ədalətsiz hesab edirlər.
Müəllimlər yeni məktəbdə onlara verilən dərs saatları ilə razılaşmırlar.
Məsələ ilə bağlı Məktəbəqədər və Ümumu Təhsil üzrə Dövlət Agentliyindən bildirildi ki, qərar evdə fərdi təhsil məktəbində təhsil alan şagirdlərin yaxınlıqda yerləşən məktəblərə yönləndirilməsinə xidmət edir. Məqsəd sağlamlıq imkanları məhdud uşaqların cəmiyyəytə inteqrasiyasıdır.
Qurum rəsmisi onu da bildirdi ki, yaxın vaxtlarda məktəbin bağlanması ilə bağlı rəsmi qərar da veriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.