Həftəiçi hər gün saat 15:00-da Sağlam Radio 93FM-də yayımlanan "Offside" verilişində Ceyhun Rzayevlə yerli və dünya futbolunda baş verən son xəbərlər müzakirə olunub.
Verilişin bugünkü buraxılışında "Kəpəz" klubuna Adil Şükürovun baş məşqçi təyin olunması, "Qarabağ" klubundan ayrılan futbolçular və Yassin Benzianın gedişinin ardındakı səbəblər, MPL klublarının transfer gündəmi, Avropa futbolunda səs-küylü keçidlər, Dünya Kubokuna vəsiqə qazanan komandalar, Azərbaycan milli komandasının keçirdiyi yoldaşlıq oyunları və digər məsələlər müzakirə mövzusu olub.
Verilişi "Offsidecaps" yutub kanalımızda izləyə bilərsiniz.