ABŞ İranın İsrailin endirdiyi zərbələrə cavab verəcəyi ehtimalını nəzərə alaraq, hərbi resurslarını Yaxın Şərqə istiqamətləndirir.
Bu barədə xəbəri “Associated Press“ yayıb.
Bildirilib ki, bu məqsədlə ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus “US Thomas Hudner” hərbi gəmisini Şərqi Aralıq dənizi istiqamətinə göndərib, digərini isə hazırlıq vəziyyətinə gətirib.
Eyni zamanda, ABŞ Prezidenti Donald Tramp yaranmış vəziyyəti müzakirə etmək üçün Ağ Evin Milli Təhlükəsizlik Şurasının üzvləri ilə görüş keçirib.
APA
Tarix: 13 İyun 2025, 19:38