RU

Rusiya MDB və KTMT dən istifadə etməklə, regiondakı siyasi mövqeyini gücləndirməyə çalışır

ain.az bildirir, Bizimyol portalına istinadən.

ABŞ Hərbi Kəşfiyyat Agentliyi bugünlərdə Rusiyanın Mərkəzi Asiyada və Cənubi Qafqaz regionunda artan təsirindən narahatlığını ifadə edən hesabat yayıb. ABŞ hərbi kəşfiyyatının hesabatında həmçinin qeyd olunur ki, Rusiya Mərkəzi Asiyada ənənəvi təsir rıçaqlarını saxlayır. Hesabatda qeyd olunur ki, Rusiya bu ölkələrə, regionun təhlükəsizlik arxitekturasına nəzarət etmək üçün təkcə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) deyil, həm də MDB-dən istifadə edir. MDB çoxdan formal quruma çevrilib, amma Rusiya əsas moderator kimi qurumun saxlanılmasında, Qərb də dağılmasında maraqlıdır.

Politoloq Nicat İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ Hərbi Kəşfiyyat Agentliyinin yaydığı hesabat obyektivliyi əks etdirir: “Həqiqətən də Rusiya Mərkəzi Asiya və Cənubi Qafqazda Ermənistan üzərindən öz təsirini gücləndirməyə çalışır. Mərkəzi Asiya ölkələri də fərqli bir istiqamət götürüb. Türk Dövlətləri Təşkilatı çərçivəsində Türkiyə ilə sıx əməkdaşlıq edilir. Həmçinin regionda Çinin mövqeyi güclənir. Avropa İttifaqı da regionda yeni bir siyasi mərhələyə başlayıb”.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Nicat İsmayılov

“Region ölkələri çalışır ki, manevr və müstəqil siyasət aparsın. Rusiya da MDB və KTMT-dən istifadə etməklə, mövqeyini qorumağa çalışır. Ümumiyyətlə, Rusiya MDB üzvü ölkələrə qarşı təzyiq göstərir. Bu təşkilat amorf qurumdur. Bu təşkilat artıq zəifləyir və Rusiya üzv ölkələrinə müxtəlif qadağalar tətbiq edir. Siyasi şantaja əl atır. ABŞ göstərir ki, Rusiya öz geosiyasi mövqelərini gücləndirmək üçün MDB-dən istifadə edir. Burada qarşılıqlı etimada əsaslanan əməkdaşlıq nəzərdə tutulmur”-deyən Nicat İsmayılov qeyd edib ki, Azərbaycan müstəqil siyasət aparır, regionda güclü ölkədir və Ermənistan qərbyönümlü siyasətə üstünlük versə də, iqtisadi cəhətdən Rusiyadan asılıdır.

Politoloqun fikrincə, Rusiya Ukraynada qalib gələrsə, MDB çərçivəsində yeni ittifaq yarada bilər: “Ümumiyyətlə, Rusiya hələ də öz ambisiyalarından geri çəkilməyib. Çalışır ki, post-sovet məkanında yenidən əsas güc olsun”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
43
bizimyol.info

1Источники