İsrail mətbuatı rəsmi Tel-Əvivin İrana qarşı hücumlarının yeni dalğası barədə məlumat yayıb.
News24.az İsrailin 12-ci kanalına istinadən xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələri Təbriz hava limanına və Şirazda raket istehsalı zavoduna zərbə endirib.
Məlumatı İranın Ali Milli Təhlükəsizlik Şurasına bağlı "Nour News" da təsdiqləyib.