RU

Zorakılığın onlayn yolu: ehtiyatlı olun!

ain.az, Ses qazeti portalına istinadən məlumat verir.

Əvvəllər, hələ internet həyatımıza bu qədər pərçimlənməmişdən öbncə də zorakılıq demə bir anlayış vardı, döyülən, söyüklən, təhqir edilən, öldürülənlər vardı. İnternetlə zorakılıq anlayışı fərqli bir don da tikdirdi özünə, mədəni, elit bir don. İndi zorakılıq online sistemlə tətbiq olunur.

Ümumiyyətlə, biz uzun zamandır ki, zorakılıq hallarını az qala hər gün televiziyanın xəbər proqramlarında görürük. Üstəlik tək xəbər proqramlarında deyil, bir çox tv proqramlarında ən reytinqli mövzulardan biri məhz zorakılıqdır. Daim zorakılıq görüntülərinin, söhbətlərinin fonunda yaşayan insan üçün getdikcə bu vəziyyət normallaşır, adiləşir.

İndi sosial şəbəkələrdə zorakılıq mövzusu ən aktual və həssas problemlərdən birinə çevrilib.Ən çox rastlaşdığımız növü də kiberbullinqdir. Kiberbullinq internet, sosial şəbəkə, mobil tətbiqlər və digər rəqəmsal platformalar vasitəsilə bir şəxsi təhqir etmək, alçaltmaq, hədələmək yolları ilə zorakılığa məruz qoymaq deməkdir. Bu zorakılıq forması ən çox yeniyetmələr və gənclər arasında yayılmış olsa da, böyüklər də məruz qala və qoya bilir.

Kiberbullinqin ən çox müşahidə edilən formaları təhqiredici və alçaldıcı mesajlar yazmaq, başqasının şəklini və ya videosunu izinsiz paylaşmaq, saxta hesablarla birinə qarşı nifrət hissi formalaşdırmaq, şəxsi məlumatları ifşa etmək, sosial şəbəkələrdə birini qəsdən lağa qoymaq və ya tənqid etmək, məhrəmiyyətinə toxunmaq və s.dir. Kiberbullinq çox təhlükəli zorakılqı növüdür, o psixoloji zərbə vyra, stress, qorxu, özünə inam hissinin itkisisini formalaşdıra bilər. Həmçinin kiberzorakılığa məruz qalan insan sosial təcridə qapana, dostlarından və ailəsindən uzaqlaşa bilər. Kiberbullinq onun təhsil və iş fəaliyyətinə mənfi təsir göstərə, buna görə maddi zərər də görə bilər. Uzunmüddətli travmalar və depressiya isə kiberbullinqə məruz qalan bir çox adamın problemi olur.

Bu gün sosial şəbəkələrdə həm də zorakılıq ehtiva edən görüntülərin paylaşılması çox yayılıb. Fiziki zorakılıq, qəza, müharibə, intihar, cinsi zorakılığı özündə cəmləyən görüntülərin yayılması həmin görüntüdə olan insanlara, hamelə sosial şəbəkə istifadəçilərinə qarşı zorakılıqdır. Bu cür görüntülər emosional olaraq sarsıdıcı təsir bağışlaya, insan səhhətinə problem yarada bilər. Xüsusilə qəza, faciə kimi anların videolarına yayımlanma qadağası qoyulmalıdır, müharibə, terror görüntülərinin göstərilməsinə icazə verilməməlidir. Cinsi zorakılıq, intihar və ya cəhdlərinin yayımlanması da insanların zorakılığa məruz qoyulması deməkdir.

Bu görüntülərin xüsusilə gənclər və uşaqlar üçün zərərli olduğunu anlamaq niyə bu qədər çətindir? Üstəlik, hər gün zorakılıq, intihar, qətl kimi görüntülərlə qarşılaşdıqca zorakılığa qarşı hissin də normallaşması prosesi gedir. Beləcə biz bu görüntülərə alışaraq empatiya hissimizi itiririk. Həmçinin, kadrlardakı insanların razılığı olmadan görüntülərinin yayılması həm etik, həm də hüquqi cəhətdən yanlışdır. Ona görə də bir çox ölkədə zorakılıq ehtiva edən, travma yarada biləcəyui ehtimal edilən görüntülərin paylaşılması cinayətdir və lazımınca cəzalandırılır. Həmçinin sosial şəbəkə platformaları bu tip görüntüləri silmək və paylaşan hesabları bloklamaq səlahiyyətinə malikdir.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Sosial şəbəkələrdə zorakılıq göstərməyin bir növü də nifrət ehtiva edən statuslar, vvideo paylaşımlardır. Bir şəxsi və ya bir sosial qrupu irqinə, dininə, cinsiyyətinə, milliyətinə, dilinə, seksual orientasiyasına, fiziki xüsusiyyətinə və ya sosial statusuna görə alçaldan, təhqir edən və zorakılığa təşviq edən ifadələr, çıxışlar da zorakılıqdır. Bu cür ifadələr həm real həyatda, həm də sosial şəbəkələrdə baş verə bilər və ciddi sosial, hüquqi və psixoloji nəticələr doğura bilər.

Təqlid və manipulyasiya vasitəsi ilə də sosial şəbəkələrdə insanları aldatmaq, səhv yönləndirmək və ya ictimai rəyə təsir göstərmək mümkündür və bizim ölkədə bu hallar çox olur. Xüsusilə sosial şəbəkə fenomenləri yalan, saxta və ya təhrif olunmuş məlumatları paylaşaraq reklam etdikləri məhsulu təqdim edirlər. Bu proses xüsusilə vizual kontent -foto və video, manipulyativ paylaşımlar vasitəsilə həyata keçirilir.

Bir çox hallarda sadə vətəndaşlar da sosial şəbəkələrdə başqalarına zorakılıq göstərə bilirlər. Başqasının adından və ya şəklindən istifadə edərək saxta profil açaraq onun məhrəm fotolarını paylaşanlar, şəxsi telefon nömrəsini yazanlar, haqqında böhtan paylaşanlar da kifayət qədər çoxdur və bir çox hallarda onlar cəzasız qalırlar. Müşahidə edtdiyimiz vəziyyətlərin çoxunda keçmiş sevgilidən, ərdən, borclu qalmaış tanışdan qisas alma halları da bu üsulla baş verir.

Sosial şəbəkələrdə paylaşım edərkən, “bəyəndim” edərkən diqqət edin ki, dezinformasiya, şərəf və ləyaqəti alçaldan məlumatlar olmasın. Şou, sensasiya yaradan məlumatların səhihliyinə diqqət edin. Paylaşım, kontent yaradarkən etik və məsuliyyətli davranmaq, başqalarını təhqir etməmək, zorakılıq göstərməmək sosial şəbəkə istifadəçilərinin borcudur.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
27
sesqazeti.az

1Источники