RU

Rusiya İsrail ilə İran arasında gərginliyin kəskin artmasına münasibət bildirib

Moskva, 13 iyun, AZƏRTAC

Rusiya İsrail və İran arasında gərginliyin kəskin şəkildə artmasını pisləyir.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Moskva baş verənlərdən narahatdır və vəziyyətin tezliklə sabitləşməsini gözləyir.

Kreml nümayəndəsi qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyi Prezident Vladimir Putinin tapşırığına əsasən, tezliklə BMT-də də daxil olmaqla, ətraflı rəsmi bəyanat hazırlayıb yayacaq.

Peskov onu da bildirib ki, Putin regiondakı vəziyyətlə bağlı Müdafiə Nazirliyi, Xarici Kəşfiyyat Xidməti və Xarici İşlər Nazirliyindən real vaxt rejimində hesabatlar alır.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Избранный
7
azertag.az

1Источники