RU

Məşhur klinika və apteklərin sahibinin başı dərddə - Yarım milyonluq borc, "stop"

“Planeta” istehsal kommersiya şirkətinin yarım milyondan çox vergi borcu var.
 
Moderator.az Musavat.com-a istinadən xəbər verir ki, şirkət uzun zamandır vergiyə yaranmış borcunu ödəmir.
 
Qanuni təmsilçisi Yaqubov Elxan Ənvər oğlu olan şirkətə Bakıda fəaliyyət göstərən bir neçə “Planeta” apteklər şəbəkəsi daxildir. Həmçinin Bakıdakı məşhur Bioloji Təbabət Klinikası da Elxan Yaqubovun nəzarətindədir.
 
“Planeta” apteklər şəbəkəsinə daxil olan apteklərdə əsasən şirkətə məxsus dərmanların satışı həyata keçirilir.
 
Məhkəmə qərarı ilə Elxan Yaqubovun ölkədən çıxışına da qadağa qoyulub.
Избранный
5
1
moderator.az

2Источники