RU

Jiru: “Klublararası DÇ MLS klubları üçün yaxşı sınaqdır”

“Los-Anceles”in 38 yaşlı fransalı mərkəz hücumçusu Olivye Jiru ABŞ-da keçiriləcək 2015-ci il FIFA Dünya Kuboku haqda söhbət açıb.

Arena.az “RMC Sport” dərgisinə istinadən, fransalı futbolçunun müvafiq açıqlamasını təqdim edir:

“Bu, “Sietl”, İnter Mayami” və “Los-Anceles” üçün öz liqalarının keyfiyyətini nümayiş etdirmək baxımından gözəl imkandır ki, onlar üçün futbolun son 10-15 il ərzində daha vacib olduğunu göstərsinlər. İşlər düzgün istiqamətdə gedir, ona görə də bizim harada olduğumu görmək, özümüzü digərləri ilə müqayisə etmək maraqlıdır. Avropanın ən yaxşı komandaları özlərinin uzun mövsümündən sonra azacıq yorulmuş ola bilərlər. Biz nikbin qalmalı, verə biləcəyimiz sürət haqda, fəallıq haqda düşünməlik. Bəzi klublar artıq 60, 70 oyun oynaylblar… Bu, MLS komandaları üçün yaxşı sınaqdır ki, Avropaya, özlərinin nədən təsis edildiklərini göstərsinlər”, deyə Jiru vurğulayıb.

Xatırladaq ki, 2025-ci ilin klublararası dünya çempionatı ilk dəfə olaraq 32 komandanın iştirakı ilə baş tutacaq. Yarış ABŞ-da keçiriləcək və 14 iyun – 13 iyul tarixlərini əhatə edəcək.

Избранный
64
arena.az

1Источники